Bu barədə bazar günü jurnalistlərə ölkənin daxili işlər naziri Cerald Darmanin məlumat verib.
Onun sözlərinə görə, göstərilən saydan 4000-i Parisdə nümayişçiləri izləyəcək.
"Daxili İşlər Nazirliyinin kəşfiyyat xidmətləri çərşənbə axşamı xaricdən gələn ifrat solçu təşkilatların nümayəndələrinin aksiyalarda iştirakını gözləyir", - Darmanen bildirib.
O, həmçinin bildirib ki, onun göstərişi ilə 17 nəfərə “bu şəxslərin yürüşlərə qoşulmasının qarşısını almaq və lazım gələrsə, saxlanmalarını asanlaşdırmaq məqsədilə” inzibati qadağalar tətbiq edilib. (APA)