Türkiyədə prezident seçkilərinin ikinci turunda səsvermə 73 ölkədə keçiriləcək
XƏBƏRLƏR
Türkiyədə mayın 28-nə təyin edilmiş prezident seçkilərinin ikinci turu çərçivəsində dünyanın 73 ölkəsində səsvermə prosesi təşkil olunacaq.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Səsvermə məntəqələri mayın 20-dən etibarən xaricdəki 167 məntəqədə 151 Türkiyə nümayəndəliyi tərəfindən açılacaq. Keçid məntəqələrində səsvermə mayın 20-dən 28-dək davam edəcək. (APA)