02.08.2025, 20:00
AZ EN
13.03.2023, 17:20 324

13 mart Həsən Əblucun anım günüdür

XƏBƏRLƏR
  • 13 mart Azərbaycan kino və teatr sənətinin görkəmli sənətkarı aktyor, rejissor, bənzərsiz səsli bədii qiraət ustası, pedoqoq, "Əməkdar artist" Həsən Əblucun anım günüdür.

Həsən Abbasqulu oğlu Əbluc 1942-ci il aprelin 22-də Təbrizdə anadan olub. Uşaq yaşlarında ailəsi ilə birlikdə Bakıya köçüb.

Əvvəlcə Politexnik İnstituta qəbul olunub. Birinci kursdan sonra sənədlərini aktyorluq fakültəsinə verib.

Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyоrluq və rejissоrluq fakültəsində təhsil alıb. Azərbaycan Dövlət Dram Teatrında Sebastyanın “Adsız ulduz” tamaşasına quruluş verib.

Sоnralar Gənc Tamaşaçılar Teatrında fəaliyyətini davam etdirib. Müxtəlif dövrlərdə bir neçə teatr və televiziya tamaşasının quruluşçu rejissoru olub.

Kinostudiyada film dublyajlarında iştirak edib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində səhnə danışığından dərs deyib.

Bədii qiraət ustası kimi klassik və çağdaş şairlərin poeziya nümunələrini minlərlə tamaşaçıya və dinləyiciyə çatdırıb.

Aktyor, “Qanlı zəmi” (kəndxuda), “Qara gölün cəngavərləri” (Cəmşid Hüseynov), “Pəncərə” (Rövşənin atası), “Tənha narın nağılı” (Səyyad) filmlərində bir-birindən maraqlı və yaddaqalan obrazlar yaradıb.

Həsən Əbluc 1994-cü il martın 13-də vəfat edib.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər

SON XƏBƏRLƏR