- Bu günlərdə Türkiyənin “Nokta Yayınevi”ndə “Azərbaycan uşaq ədəbiyyatından seçmə əsərlər” adlı kitab çap edilib. Kitaba XX əsrin əvvəllərindən çağdaş dövrümüzədək yazıb-yaradan ədiblərin vətənə, bayrağa, istiqlala və azadlıq duyğularına həsr olunmuş məfkurə yönümlü şeir, hekayə və pyesləri daxil edilib. Kitabdakı mətnlərin tərtibçisi və “Azərbaycan uşaq ədəbiyyatında məfkurə” adlı “Ön söz”ün müəllifi filologiya elmləri doktoru, ədəbiyyatşünas-tənqidçi Elnarə Akimova, Türkiyə türkcəsinə uyğunlaşdıranı və redaktoru Yaşar Sözendir.
Qeyd edək ki, kitab “Şuşa İli” çərçivəsində şəhərin 270 illiyi münasibətilə çap edilib. Bu sanballı nəşrin işıq üzü görməsində əsas məram Türkiyə ilə Azərbaycan arasında qardaşlıq əlaqələrinə töhfə vermək, eyni zamanda, sağlam ruha, milli şüur və mənəviyyata, mənəvi-əxlaqi dəyərlərə sahib olan gələcək nəslin yetişməsində müəyyən missiya daşıyıcısı olmaqdır.
Mina RƏŞİD