22.11.2024, 09:22
AZ EN
26.10.2022, 13:23 305

Əməkdar artist Şuşadakı evini Şuşa Dövlət Musiqili Dram Teatrına bağışlayıb.

XƏBƏRLƏR

Əməkdar artist Yadigar Muradov çoxuna örnək olan nümunəvi bir addım atıb. Belə ki, o, Şuşadakı evini Şuşa Dövlət Musiqili Dram Teatrına bağışlayıb. Aktyor bu haqda "7 Canlı" proqramında danışıb. O bildirib ki, evi dağıdılmayıb, olduğu kimi durur:

"Hazırda evimdə 35 nəfər yaşayır. Onlar Şuşada bərpa işləri ilə məşğul olurlar. Orada 1 il 8 ay yaşamışdım. Böyük ev idi. Ermənilər də işğal dövründə bu evi hərbi işləri üçün istifadə ediblər.

Bizim teatrımız yoxdur, dağıdılıb. Biz ömürboyu ikiotaqlı, balaca yerdə məşq etmişik. Evimin birinci mərtəbəsində teatrda çalışan və orada evi olmayanlar yaşaya bilər. Bunun üçün hər bir şərait var. Yuxarıda isə tamaşa oynamaq üçün yerim var".

Məlumat üçün bildirək ki, Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru Yadigar Məmməd oğlu Muradov 1958-ci ildə Ağdam rayonunun Novruzlu kəndində anadan olub. 1980-ci ildə İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. Təyinatla bir müddət Ağdam Dövlət Teatrında işlədikdən sonra, Şuşa Mədəni-Maarif Texnikumunda öz ixtisası üzrə dərs deməyə dəvət olunub. Y.Muradov 1990-cı ilə qədər bu texnikumda aktyorluq ixtisasından və səhnə danışığından dərs deyib. 1990-cı ildə Şuşa Dövlət Musiqili Dram Teatrı yaradılandan bu günə qədər teatrın direktorudur. 2018-ci ildə Prezident İlham Əliyev tərəfindən “Tərəqqi” medalı ilə təltif edilib.

 

Mina RƏŞİD

 

Oxşar xəbərlər

SON XƏBƏRLƏR