17.06.2025, 11:38
AZ EN
14.07.2023, 15:57 387

Vaqif Poeziya Günlərinin iştirakçıları Şuşada toplaşıb

XƏBƏRLƏR
  • Bu gündən Şuşada Vaqif Poeziya Günləri başlayır.

Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə iyulun 14-ü və 15-də Şuşada keçiriləcək poeziya günlərinin qonaqları artıq mədəniyyət paytaxtına toplaşıb.

Qonaqlar ilk əvvəl Şuşada bərpa edilmiş bir sıra dini və tarixi-mədəni abidələrimizi ziyarət edəcək. Günün ikinci yarısında isə Vaqif Poeziya Günlərinin açılış tədbiri olacaq. Daha sonra gecə saatlarınadək poeziya, konsert proqramları təqdim ediləcək. (Trend)

Oxşar xəbərlər