Bunu Fransada yayımlanan “Danser” jurnalının baş redaktoru Mişel Odən mayın 21-də Şuşa ilə şəhəri ilə tanışlıq zamanı söyləyib.
Şuşada görkəmli opera müğənnisi Bülbülün ev-muzeyi ilə tanış olduğunu vurğulayan M.Odən bildirib ki, Bülbül məhz təbiətin əsrarəngiz gözəlliyindən və quşların səsindən ilham alaraq milli incəsənətin inkişafında böyük iz qoyub.
Qeyd edək ki, “Danser” jurnalı 1984-cü ildən etibarən Fransada yayımlanır. Jurnal rəqqaslar və balet həvəskarları üçün nəzərdə tutulub. Jurnalda hər ay rəqqaslar və xoreoqraflarla müsahibələr, rəqs məktəblərinin həyatı, müsabiqələrin nəticələri, rəqs haqqında kitablar barədə məlumatlar dərc olunur. (AZƏRTAC)