27.01.2026, 05:52
AZ EN
10.12.2025, 16:15 153

Kamilə Dadaş-zadə: Heydər Əliyevin mədəniyyət siyasətinin əsasında azərbaycançılıq məfkurəsi dayanır

XƏBƏRLƏR
  • Bugünkü konsertdə Ulu Öndərin sevdiyi, tez-tez dinlədiyi xalq mahnıları və Azərbaycan bəstəkarlarının əsərləri səsləndirildi. Konsert yüksək səviyyədə keçdi və bizdə Ulu Öndərin zəngin daxili-mənəvi aləmi haqqında bir daha aydın təsəvvür yaratdı.

Bu sözləri açıqlamasında Azərbaycan Milli Konservatoriyasının rektoru Kamilə Dadaş-zadə deyib.

Onun sözlərinə görə, Heydər Əliyevin mədəniyyət siyasətinə dair konseptual yanaşması o qədər zəngin və çoxşaxəlidir ki, onu bir neçə cümlə ilə səciyyələndirmək çətindir: “Düşünürəm ki, onun mədəniyyət siyasətinin qayəsini, əsas sütununu azərbaycançılıq məfkurəsi təşkil edir. Ulu Öndərin bu sahədə apardığı titanik fəaliyyətin əsasında Azərbaycan mədəniyyətini, Azərbaycan incəsənətini inkişaf etdirmək, onu dünya mədəni müstəvisinə çıxarmaq və qlobal mədəniyyət məkanına inteqrasiya etmək dayanırdı”. (AZƏRTAC)

Oxşar xəbərlər