10.09.2025, 03:41
AZ EN
09.09.2025, 17:14 142

“Qərbi Azərbaycan aşıqlarının dastan repertuarı” adlı kitab çap edilib

XƏBƏRLƏR
  • Azərbaycan Aşıqlar Birliyinin (AAB) Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi layihə “Qərbi Azərbaycan aşıqlarının dastan repertuarı” adlı layihə yekunlaşıb.

Layihə çərçivəsində hazırlanmış eyniadlı kitab nəşr olunub.

AAB-dən bildirilib ki, kitabda Qərbi Azərbaycan aşıqlarının repertuarından seçmə dastanlar yer alıb.

Layihənin rəhbəri AAB-nin sədri Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, kitabın elmi redaktoru Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) prorektoru professor Mahirə Hüseynova, nəşrə hazırlayanı Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu, rəyçilər ADPU-nun Ədəbiyyat kafedrasının müdiri dosent Razim Məmmədli və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Aşıq sənəti kafedrasının dosenti Altay Məmmədlidir.

Kitab müvafiq təşkilatlara ödənişsiz paylanılacaq.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər