Bunu jurnalistlərə açıqlamasında mədəniyyət nazirinin müavini Fərid Cəfərov deyib.
Nazir müavini bildirib ki, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində, o cümlədən Qarabağ və Şərqi Zəngəzurda aparılan irimiqyaslı və sürətli bərpa və yenidənqurma işləri bu forumun keçirilməsi üçün əlverişli zəmin yaradıb və ölkəmizin bu sahədəki təcrübəsi beynəlxalq ictimaiyyət tərəfindən maraqla qarşılanıb.
Xatırladaq ki, 2024-cü ilin rəsmi açılış mərasimi ötən il Şuşada, “Xarıbülbül” Musiqi Festivalı çərçivəsində Azərbaycan Prezidentinin və ICESCO-nun Baş direktorunun iştirakı ilə keçirilib. İlin gedişində müxtəlif sahələri əhatə edən çoxsaylı tədbirlər təşkil olunub, mədəniyyətin inkişafı, tarixi-mədəni abidələrin bərpası və irsin qorunması istiqamətində əhəmiyyətli layihələr icra edilib. Forum iştirakçılarına bu sahədə görülən işlər barədə ətraflı hesabatlar təqdim olunub. (AZƏRTAC)