17.06.2025, 19:58
AZ EN
27.02.2025, 16:50 184

Mədəniyyət kanalı "Nəfəs" filmini ilk dəfə tamaşaçılara təqdim edib

XƏBƏRLƏR
  • Azərbaycan Dövlət Televiziyasının Mədəniyyət kanalı Xocalı faciəsinin 33-cü ildönümü münasibətilə "Nəfəs" filmini ilk dəfə tamaşaçılara təqdim edib.

Kulis.az xəbər verir ki, 14-cü Bakı Beynəlxalq Qısa Film Festivalında "Ən yaxşı rejissor" nominasiyasının qalibi olan ekran əsərinin rejissoru Elmar Bayramovdur.

Filmin ssenari müəllifi Ulviyyə Heydərova, prodüseri isə Elçin Ağazadədir.

Qeyd edək ki, film Qarabağ müharibəsi zamanı Xocalıda baş verən soyqırımı, dağılan ailələr və yetim qalan körpələrin taleyini əks etdirir. Tamaşaçılar ekran əsərini “30 dəqiqəyə sığan 33 il” kimi dəyərləndirirlər.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər