20.04.2025, 10:07
AZ EN
17.02.2025, 12:45 277

“Xocalı: Şahidlər danışır” kitabı özbək dilində nəşr edilib

XƏBƏRLƏR
  • Xocalı soyqırımının 33-cü ildönümü ərəfəsində "Xocalı: Şahidlər danışır" kitabı özbək dilində dərc edilib.

Kitabın müəllifi yazıçı-publisist, tarix elmləri üzrə fəlsəfə doktoru, prezident təqaüdçüsü İradə Əlilidir.

İ.Əlili bildirib ki, kitab Özbəkistanda fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə özbək dilinə tərcümə olunub: "Xocalı soyqırımı bəşəriyyətin ən dəhşətli vəhşətidir. Kitabda 1992-ci il fevralın 26-sının - o qanlı gecənin şahidlərinin xatirələri və xocalı gənclərinin fikirləri yer alıb. Dünyaya həqiqətlərimizi tanıtmaq, haqlı olduğumuzu göstərmək, doğru olanı söyləməliyik. Bu kitab artıq 13-cü (Azərbaycan, rus, ingilis, türk, alman, ispan, italyan, fransız, ərəb, fin, holland, urdu, özbək) dildir ki, tərcümə edilərək nəşr olunub".

Qeyd edək ki, kitabın öz sözünü professor Elmira Süleymanova yazıb. Redaktoru isə şairə-publisist, Prezident təqaüdçüsü Azadə Novruzovadır. Kitabın yaxın günlərdə təqdimat mərasiminin keçirilməsi nəzərdə tutulub. (AZƏRTAC)

Oxşar xəbərlər