29.07.2025, 14:36
AZ EN
05.12.2024, 22:18 308

Qərbi azərbaycanlıların qeyri maddi-mədəni irsinə dəyən zərbələr məhz deportasiyalar nəticəsində olmuşdur

XƏBƏRLƏR
  • “Ötən əsrdə baş verən deportasiyalar nəticəsində Qərbi azərbaycanlıların təkcə maddi-mədəni irsinə zərər dəyməmiş, onların qeyri maddi-mədəni irsinə də böyük zərbələr vurmuşdur”.

Bunu Baku Tv-nin Qərbi Azərbaycan Xronikası verlişinə icmanın sözcüsü Ülviyyə Zülfiqar bildirib.

Qərbi azərbaycanlılara məxsus musiqi, sənət nümunələri, ədəbiyyat nümunələri, onların zəngin kulinariyasi, hansı ki, məlumdur ki, onların əksəriyyəti Ermənistan  tərəfindən mənimsənilib, xalçaçılıq nümunələri və Qərbi azərbaycanlılara məxsus məşhur Göyçə aşıq sənəti xüsusən vurğulanmalıdır deyən Ü.Zülfiqar qeyd edib ki,  bildiyimiz kimi aşıq sənəti 2009-cu ildə UNESCO-nun Qeyri maddi-mədəni irs siyahısına salınmışdır və Qərbi azərbaycanlıların tanınmış çox mötəbər aşıqları üzvü olmuşdur.

“Qərbi azərbaycanlıların qeyri maddi-mədəni irsinə dəyən zərbələr məhz deportasiyalar nəticəsində olmuşdur və həmin aşıq sənətinə də ağır zərbələr dəymişdir. Qərbi azərbaycanlıların qeyri Maddi-mədəni irsinə dəyən zərbələrə görə də Ermənistan tərəfi günahkardır və məsuliyyət daşıyır. Ermənistan öz torpaqlarında yaşamağa  davam etsəydilər onların qeyri Maddi-mədəni irsinə də zərər toxunulmayacaqdı. Qərbi Azərbaycanlılara məxsus musiqi ədəbiyyat nümunələri , bayaq qeyd etdiyim kimi xalçaçılıq nümunələri, kulinariya nümunələrin əksəriyyəti də Ermənistan tərəfindən mənimsənilir, onlara məxsus kimi gostərilib. Xalçalarımız əksəriyyəti elə Sovet dövründə də Ermənistan xalçası kimi nümayiş olunurdu. Kulinariyamızın nümunələri Ermənistan tərəfindən mənimsənilir və erməni kulinariyasi kimi təqdim olunmaqdadır.. Buna görə də soydaşlarımıza  qeyri maddi-mədəni irsinə dəyən zərərə görə də məsuliyyət Ermənistan tərəfinin üzərinə düşür”-deyə icmanın sözcüsü bildirmişdir .

Günel QULİYEVA

Oxşar xəbərlər