Dahi şairin 530 illik yubileyinə töhfə olaraq ərsəyə gətirilmiş kitabın “Ön söz”ünün müəllifi tanınmış İordaniya yazıçısı və ədəbiyyatşünası Samih əl-Məhariq, əsərin ərəb dilinə tərcüməçi Fərid Camalovdur.
Zəngin ənənəsi olan “Əl-Əzminə” nəşriyyatında nəfis tərtibatda çap edilən kitab yaxın günlərdə İordaniyanın mərkəzi kitabxanalarına, universitet və kitab evlərinə paylanılacaq. (AZƏRTAC)