22.11.2024, 13:46
AZ EN
31.10.2024, 13:50 239

Zəfər Günü İstanbulda təntənəli konsert proqramı ilə qeyd ediləcək

XƏBƏRLƏR
  • 8 Noyabr - Zəfər Günü İstanbulda təntənəli konsert proqramı ilə qeyd ediləcək. Tədbir SOCAR və digər qurumların dəstəyi ilə Azərbaycanın İstanbuldakı Baş konsulluğu tərəfindən təşkil olunacaq.

Konsertdə Xalq artistləri Mənsum İbrahimov və Natiq Şirinovun rəhbərlik etdiyi “Qarabağ” muğam və “Natiq” ritm qruplarının ifasında Azərbaycan musiqiləri səsləndiriləcək.

Şanlı Zəfərimizin dördüncü ildönümünə həsr olunan gecə noyabrın 5-də İstanbulun ən mötəbər mədəniyyət saraylarından biri olan Atatürk Mədəniyyət Mərkəzinin teatr salonunda keçiriləcək.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər