Bu sözləri jurnalistlərə müsahibəsində Şuşanı ziyarət edən məşhur türk bloger Kerem Gök deyib.
“Şuşa tarix boyu türk dünyası üçün bir mədəniyyət ocağı olub. Bu torpaqları yenidən görmək insana böyük sevinc bəxş edir. Mən izləyicilərimə Şuşanın tarixini göstərməyə çalışacağam. Çünki 28 ildən sonra işğaldan azad olunan Şuşa hamı üçün bir sirli məkandır”, - deyə Kerem Gök bildirib. (AZƏRTAC)