Muzeydən verilən məlumata görə, xalçanın ara sahəsi, haşiyələri həndəsi, nəbati naxışlar stilizə olunmuş insan və heyvan təsvirləri ilə bəzədilib.
Hocat Abasi vətənindən ayrı düşən bu nəfis əsərin yaxın zamanda öz doğma yurduna qayıdacağını, muzeyin Şuşa filialında sərgilənəcəyini düşündükcə böyük sevinc və xoşbəxtlik hissi yaşadığını bildirib. (AZƏRTAC)