Övladının uğurundan danışan müğənni kövrək anlar yaşayıb. Bildirib ki, övlad yeganə bir varlıqdı insan Allahın ona əmanət etdiyi canını da ona verməyə hazırdı ki, təki o xoşbəxt olsun: “Bir aydan çoxdur ki, oğlum Azərin Belçikadakı magistratura imtahanının cavabını gözləyirdik. Fikirləşdik ki, artıq qəbul olmayıb. Nəhayət şad xəbəri eşitdik. Bu, Allahın həm Azərə, həm də bizə verdiyi hədiyyə oldu. Onun 25 yaşının təbrkini Allah bizə göndərdi”.
Mina RƏŞİD