Kitabxanadan bildirilib ki, virtual sərgidə Ulu Öndər Heydər Əliyevin Süleyman Rəhimov haqqında söylədiyi dəyərli fikirlər, müəllifi olduğu və haqqında qələmə alınan kitabların tam mətni təqdim edilir.
Kitabxana əməkdaşları tərəfindən hazırlanan sərgidə Xalq yazıçısının, çoxşaxəli bədii və ictimai fəaliyyətindən, Azərbaycan nəsrinə bəxş etdiyi töhfələrdən bəhs edən Musa Rəhimoğlunun “Qüdrətli fikir və söz bahadırı: yaddaşımdakı Süleyman Rəhimov”, “Dağ əzəmətli söz ustadı ilə unudulmaz görüşlər”, Aydın Dadaşovun “Süleyman Rəhimov ədəbiyyatı ekranda”, Vaqif Yusiflinin “Azərbaycan nəsrinin ağır artilleriyası" Süleyman Rəhimov – 120 “Köhnə kişilər” silsiləsindən”, Himalay Qasımovun “Süleyman Rəhimov - 110. Ustad sənətkarın şah əsəri”, Elnarə Qaragözovanın “Sosrealizm: Azərbaycan modeli – Süleyman Rəhimov”, Fazil Qaraoğlunun “Tarixdə iz buraxanlar: Süleyman Rəhimov”, Ədalət Rəsulvanın “Zamanın hüdudlarını aşan sənətkar” kimi məqalələrin tam mətni də təqdim olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər https://ryl.az/multimedia/suleyman-rehimov-125 linkindən istifadə edə bilərlər. (AZƏRTAC)