28.03.2024, 18:21
AZ EN
01.07.2022, 10:30 633

“Qarabağın tarixi” adlı qısa videoçarxlar müsabiqəsi başlayıb

XƏBƏRLƏR
  • Mədəniyyət Nazirliyi “Qarabağın tarixi” mövzusunda qısa videoçarxlar müsabiqəsi elan edib. Müsabiqənin məqsədi Qarabağın qədim tarixini təbliğ etmək, yaradıcı gənclərə dəstək olaraq onların fəaliyyətini stimullaşdırmaq, yeni yaradıcı qüvvələri prosesə cəlb etməkdir.

Hər iştirakçı bir videoçarx ilə müsabiqəyə qoşula bilər. Yaş məhdudiyyəti yoxdur. Videoçarxlar MP4 və ya MOV formatında (1920X1080 ölçüdə) qəbul edilir.

Xronometraj 30 saniyə – 5 dəqiqə həcmində olmalıdır. İstifadə edilən materialların müəllif hüquqları məsələləri ilə bağlı videoçarxın müəllifi məsuliyyət daşıyır.

Sənədlərin qəbulu 1 iyul – 31 oktyabr 2022-ci il tarixlərində elektron şəkildə mövzunun adı qeyd edilməklə (“Qarabağın tarixi”) musabiqe@azerbaijanfilm.az  poçt ünvanı vasitəsilə aparılır.

Qalibləri C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının nəzdində yaradılmış Ekspert şurası müəyyən edəcək.

Qalib müəlliflər müvafiq olaraq 1000, 800 və 500 manat məbləğində pul mükafatı və diplomla təltif olunacaqlar.

Müsabiqənin nəticələri 2022-ci il 7 noyabr tarixinədək Mədəniyyət Nazirliyinin (culture.gov.az), “Azərbaycanfilm” Kinostudiyasının (www.azerbajanfilm.az) saytlarında və “Mədəniyyət” qəzetində elan olunacaq.

Əlavə məlumat üçün (012) 430-87-84 / 85 telefon nömrəsi ilə əlaqə saxlamaq olar.

Oxşar xəbərlər