17.06.2025, 15:16
AZ EN
15.01.2024, 11:23 363

“Zamana qalib gələn milli irsimiz” adlı sərgi keçirilir

XƏBƏRLƏR
  • Azərbaycan Milli Xalça Muzeyində izləyicilərə məhz bu ad altında təşkil edilən sərgidə 30-dək sonservasiya edilmiş eksponat təqdim edilib.

Yanvarın 12-i Azərbaycan Milli Xalça Muzeyində “Zamana qalib gələn irsimiz” adlı sərgi öz işinə başlayıb. Ekpozisiyada 2022-2023-cü illər ərzində muzeyin  xalça və dekorativ  tətbiqi sənət üzrə konservasiya, bərpa və proflaktiv nəzarət şöbəsində konservasiya edilən 30-dək eksponat təqdim olunmaqdadır. Onlara XVII-dən XX əsrlərə qədər həmçinin müasir dövrlərə aid nəfis xalçalar, xalça məmulatları, zərif tikmələr, milli geyim və qiymətli  zərgərlik nümunələri, bədii metal və saxsı qablar aiddir.

Təqdim olunan əsərlər üzərində muzeyin peşəkar konservatorları, bərpaçı rəssamları çalışaraq  onlara ikinci həyat bəxş ediblər. Azərbaycan Milli Xalça Muzeyi ölkəmizdə xalça və dekorativ sənət nümunələrinin konservasiya edilərək qorunması sayəsində nüfuzlu, elmi mərkəzə çevrilib. Burada son illər milli-mədəni irsimizi gələcək nəsillərə ötürmək məqsədilə yüzlərlə eksponat konservasiya olunub. Bunların əksər hissəsi muzeyin, bir qismi onun Şuşa filialının ekspozisiyasında, digər eksponatlar isə vaxtaşırı müxtəlif sərgilərdə nümayiş etdirilir.

Əməkdar rəssam, Ali dərəcəli bərpaçı-rəssam, Natiq Səfərov:

-57-ci ildə əsası qoyulmuş bərpaçılıq elminin ən yüksək təzahürü bu sərgidə özünü göstərir. Bu sahədə işləyən əzmkar gənclər, orta yaşlı mütəxəssislər bu işin ən yüksək səviyyəsinə artıq çatmışlar. Bugünkü gündə mən özümü xoşbəxt hiss edirəm ki, bizim qalib ölkəmiz, həmişə dünyada, Avropada irəlidə olan mədəniyyət sahəsində ölkəmizin çox geniş mədəni irsinin bugünkü qoruyucularına verilən bu sərgi, qiymət yəni həm məni, həm də bu bərpaçıları çox mütəssir eləmiş və onların gələcəkdə də daha çətin və məşəqətli işlərində onlara uğurlar verəcək.

Milli Xalça Muzeyinin Mətbuat katibi,  Ülvinə Fərzəliyeva:

-Qeyd edim ki, bərpa və konservasiya muzey işi sahəsində çox önəmli bir sahələrdəndir. Azərbaycan Milli Xalça Muzeyi bu sahədə artıq elmi mərkəzə çevrilib. Qeyd edim ki, Azərbaycan Milli Xalça Muzeyinə dünyanın bir çox ölkələrindən, o cümlədən Rusiyadan, Türkiyədən, Almaniyadan, Qazaxıstan, Qırğızıstan kimi ölkələrdən peşəkarlar dəvət olunaraq burada bərpa və sonservasiya usadad dərsləri, treniqlər keçiblər və hazırda muzeyimizin yüksək səviyyədə ixtisaslaşmış mütəxəssisləri var. Son  illər Azərbaycan Milli Xalça Muzeyi yüzlərlə dəyərli milli iş nümunəsini, sənət numunəsini bərpa edərək yenidən onlara həyat verir. Qeyd edim ki,  bir neçə dəfə bu sahədə sərgilər keçirilib. Bu dəfəki sərgimizin digər sərgilərdən  fərqi odur ki,  burda peşəkarlarla və  uzun müddət bu sahədə çalışmış insanlarla  yanaşı, həmçinin  gənc mütəxəssislər, gənc konservat rəssamlarımız da  iştirak ediblər.

Qeyd edək ki, “Zamana qalib gələn milli irsimiz” sərgisi çərçivəsində tekstil konservasiyası üzrə usdad dərsləri də keçirilib. Sərgi Azərbaycan Xalça Muzeyində yanvarın 21-dək davam edəcək.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər