- Ağdamın işğaldan azad edilmiş Şahbulaq rayonunda yerləşən Şahbulaq qalası bərpa ediləcək. Bu işi Dövlət Turizm Agentliyi və Qarabağ Dirçəliş Fondu həyata keçirəcək. Qeyd edək ki, bunu jurnalistlərə açıqlamasında Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev deyib.
O, bildirib: “Dövlət Turizm Agentliyinin sifarişi və bizim maliyyə dəstəyimiz hesabına Şahbulaq qalası bərpa ediləcək. Qalanın normal görkəmi yenidən özünə qaytarılacaq, ətrafında müvafiq abadlıq işləri görüləcək və turistlər üçün infrastruktur yaradılacaq”.
Mina RƏŞİD