22.11.2024, 18:25
AZ EN
16.04.2023, 11:08 251

Qələbəsini Azərbaycana həsr edən türk atlet: "Ermənilər bayrağınızı yandırmaqla necə insan olduqlarını göstərdilər"

XƏBƏRLƏR
  • "Ermənilər bayrağı yandırmaqla necə insan olduqlarını göstərdilər. Nə istəyirlər, etsinlər, o bayraqlar göylərə layiqdir".

Bunları Ermənistanın paytaxtı İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatda qızıl medal qazanan türkiyəli atlet Cansu Bektaş açılış mərasimində Azərbaycan bayrağının yandırılması barədə danışarkən deyib.

49 kq-da qitə çempionu olan ağırlıqqaldıran bildirib ki, qızıl medalı Azərbaycan idmançılarına həsr etmək şəxsi qərarı olub: "Yarışdan bir gün öncə yığmanızdan dostum, eyni zamanda rəqibim olan Nazilə İsmayılovaya və məşqçisinə söz verdim ki, himnimizi səsləndirəcəyəm. Sözümə əməl etdim".

O, Azərbaycan xalqını çox sevdiyini söyləyib: "İdmançılarınız Avropa çempionatını tərk etməsəydilər, arzum o idi ki, ilk 3 yeri türk və azərbaycanlı atletlər tutsunlar. Nazilənin medal qazanmasını çox istəyirdim. Məncə, qalıb yarışsaydı, bacara bilərdi".

Bektaş Azərbaycan yığmasının yarışdan imtina qərarına şərh vermək istəmədiyini əlavə edib. (Report)

Oxşar xəbərlər