Tədbir iştirakçıları əvvəlcə Zəngilan RİH-nin inzibati binasının foyesində Ümummilli Lider Heydər Əliyevin büstünün önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsini dərin hörmət və ehtiramla yad etdilər.
Tədbir Ümumilli lider Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş Şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan edildi.
Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənovun giriş nitqi söyləməsi ilə tədbir açıq elan olundu.
Daha sonra Azərbaycan Texniki Universitetinin tarix kafedrasının müdiri, tarix elmləri doktoru, professor Şikar Qasımov Ulu Öndərin fəaliyyəti ilə əlaqədar geniş məruzə etdi.
Tədbirdə YAP Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə, YAP üzvü Oktay Ələkbərov Heydər Əliyevin partiya fəaliyyəti ilə bağlı çıxış etdilər.
Sonda Milli Məclisin deputatı İmamverdi İsmayılov mövzu ilə əlaqədar nitq söylədi.
Mina RƏŞİD