21.09.2024, 21:20
AZ EN
10.04.2023, 14:23 204

Hesablama Palatası Cəbrayılda Ulu Öndərin 100 illiyinə həsr olunmuş ağacəkmə aksiyası keçirib

XƏBƏRLƏR
  • Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə Hesablama Palatasının rəhbərliyinin və kollektivinin iştirakı ilə işğaldan azad olunmuş Cəbrayıl rayonu ərazisində ağacəkmə aksiyası keçirilib.

Palatadan bildirilib ki, ağacəkmə aksiyasında torpaq-iqlim şəraitinə uyğun 200-ə yaxın Eldar şamı əkilib.

Aksiyanın keçirilməsində məqsəd ölkəmizdə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük əhəmiyyət vermiş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, eləcə də Ümummilli Liderin təbiətə, yaşıllıqlara qayğı ənənələrini davam etdirməkdir. (AZƏRTAC)

Oxşar xəbərlər