09.06.2025, 15:59
AZ EN
28.03.2024, 09:00 357

O, mənim ağıllı, təmkinli balam idi...

XƏBƏRLƏR
  • 28 mart Vətən müharibəsi şəhidi Elvin İsmayılovun doğum günüdür. Yaşasaydı, Elvinin 22 yaşı olacaqdı...

"O, mənim ağıllı, təmkinli balam idi. Valideynlər öz övladlarını tənbeh edəndə, Elvini misal çəkib deyirdilər ki, “Elvin kimi ol”. Nə deyim, nədən danışım?! Vətənin gözü aydın. Şəhidlərimiz hanının xəcalətinə son qoydu. Hamısı biz yaşayaq deyə getdilər, torpaqlarımızı qaytardılar, özləri isə əbədiyaşarlıq qazandılar. Axı, şəhidlər ölmürlər", - bunu  şəhidimiz Elvinin nənəsi Mələk xanım deyir.

İsmayilov Elvin Arif oğlu ailənin ilk övladı olub. O, 2002-ci il, martın 28-də Sumqayıt şəhərində dünyaya gəlib. 2008-ci ildə 24 nömrəli tam orta məktənin 1-ci sinfinə gedib. Yaşının az olmasına baxmayaraq, ailənin bütün ağırlığı Elvinin çiyinlərinə yüklənib. Elə buna görə də özünü yaşından böyük apararmış. Uşaq vaxtından ən böyük marağı isə futbola olub.

2020-ci ildə Vətənə borcunu vermək üçün N saylı hərbi hissədə qulluq edirdi. Həmin il Vətən Müharibəsi başlayanda cəbhəyə yollanıb. Sentyabrın 31-də son dəfə ailəsi ilə danışanda "məndən narahat olmayın, özünüzdən muğayat olun" deyib.

Əsgər Elvin İsmayılov Füzuli istiqamətində gedən döyüşlərdə fəal iştirak edib. 2020-ci il oktyabrın 2-də həmin döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. O, ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Sumqayıt şəhərindəki 24 nömrəli məktəb şəhid Elivin İsmayılovun adını daşıyır.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər