21.09.2024, 17:56
AZ EN
10.04.2023, 09:00 175

Bu gün inşaatçıların peşə bayramıdır

XƏBƏRLƏR
  • Hər il aprelin 10-u ölkəmizdə İnşaatçılar Günü kimi qeyd olunur. Bu əlamətdar günün yaranması Azərbaycan Prezidentinin 2009-cu il 16 dekabr tarixli Sərəncamı ilə bağlıdır. Sərəncam həm də, inşaat sahəsində çalışanların əməyinə dövlətimiz tərəfindən verilən böyük dəyəri ifadə edir.

Azərbaycan inşaatı və memarlığı qədim tarixi ənənələrə malikdir. Maddi mədəniyyətimizin çox qiymətli nümunəsi olan İçərişəhər təkcə Azərbaycan üçün deyil, həm də bəşəri dəyər kimi yüksək qiymətləndirilən tarixi abidədir.

Bu sahə Prezident İlham Əliyevin müəyyən etdiyi iqtisadi inkişaf strategiyasının prioritetlərindən biridir. Bu baxımdan son illər tikinti sektorunda canlanma və dinamik inkişaf daha çox hiss edilir. Ötən illər ərzində respublikanın paytaxtı, eləcə də, işğaldan azad edilmiş ərazilərimiz əsl tikinti meydançasına çevrilib. Həm dövlət kapital qoyuluşu, həm özəl sektor tərəfindən yatırılan investisiyalar inşaat sektorunun inkişafına böyük təkan verib. Azərbaycanda əsasən özəl sektor hesabına inşaat materiallarının istehsalında ilbəil artım müşahidə olunur. Əminliklə demək olar ki, ölkə əsas inşaat materialları ilə özünü təmin edə bilir və bu sahədə idxaldan asılılığı xeyli azaldıb.

Dünyanın qədim neft sənayesi mərkəzi olan Bakı qısa müddətdə ən iri şəhərlərdən birinə çevrilərək özünün təkrarolunmaz simasını əldə edib. Dinamik inkişaf edərək perspektivliyi ilə iri biznesi və xarici investorları cəlb edən paytaxt getdikcə daha çox iş və yaşayış, istirahət və əyləncələr üçün arzu edilən böyük şəhərlərdən birinə çevrilir.

Mina RƏŞİD

Oxşar xəbərlər