25.06.2025, 19:39
AZ EN
25.06.2025, 14:20 206

Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının təbliğində gənc müəllimlərin roluna həsr olunmuş Forum keçirilib

XƏBƏRLƏR
  • İyunun 25-də Elm və Təhsil Nazirliyinin dəstəyi və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı ilə “Mirasa sahibik: Qərbi Azərbaycan Konsepsiyasının təbliğində gənc müəllimlərin rolu” adlı forum keçirilib.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində keçirilən forumda dövlət rəsmiləri, millət vəkilləri, Qərbi Azərbaycan İcmasının üzvləri, təhsil ictimaiyyətinin nümayəndələri və 300-dən çox müəllim iştirak edib.

Forum Dövlət himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Açılış nitqləri ilə çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərli və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Pərvinə Qədimovanın çıxışlarında Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının dövlət siyasətindəki yeri və bu istiqamətdə gənc müəllimlərin üzərinə düşən vəzifələr vurğulanıb.

Rəsmi açılışdan sonra forum öz işini panellərlə davam etdirib.

“Ali təhsil və elmi tədqiqatlarda Qərbi Azərbaycan” mövzusuna həsr olunmuş I panelə moderatorluğu ADA Universitetinin prorektoru, Milli Məclisin deputatı Fariz İsmayılzadə edib. Müzakirələrdə Gənclər və idman komitəsinin və QAİ-nin Gənclər Şurasının sədri Şahin İsmayılov, QAİ-nin Qadınlar Şurasının sədri Məlahət İbrahimqızı, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü Nazim Mustafa və Elm üzrə prezident mükafatçısı Elnur Həsənov iştirak ediblər.

II panel “Ümumi təhsildə Qərbi Azərbaycan” mövzusuna həsr olunub. Moderator qismində çıxış edən Pərvinə Qədimova ilə yanaşı paneldə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu, Təhsil İnstitutunun direktor müavini Fuad Çıraqov, müəllimlər Flora Osmanova və Ramil Tanrıverdi çıxış ediblər.

Ardınca “Qərbi Azərbaycana Qayıdış” olimpiadası haqqında videoçarx nümayiş etdirilib və müsabiqənin cari il üzrə qalibləri mükafatlandırılıblar.

Tədbir bədii hissə ilə davam edib.

Forumun yekununda tədbirin qətnaməsi səsləndirilib və kollektiv foto ilə tədbir başa çatıb. (Trend)

Oxşar xəbərlər