Vətən uğrunda şəhidlik, qazilik mərtəbəsinə yüksəlmək ən böyük şərəf işidir. Bu mənada 44 günlük müharibədə igid Azərbaycan oğulları Şanlı bir tarix yazdı. Belə igidlərdən biri də Vidadi Rizvan oğlu Əliyevdir. O, 17 iyul 1984-cü ildə Ağdam rayonunun Papravənd kəndində anadan olmuşdur. Papravənd kənd tam orta məktəbin birinci sinfinə qəbul olunmuş, orta təhsilini rayonunun işğalı ilə əlaqədar Sumqayıt şəhər 14 saylı tam orta məktəbdə başa vurmuşdur. Sonra həqiqi hərbi xidmətə çağırılmış, Quru Qoşunlarında xidmət etmişdir. Müqəddəs savaşda çavuş kimi döyüşən Vidadi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tərkibində Füzuli, Cəbrayıl, Xocavənd uğrunda gedən savaşda qəhrəmanlıq göstərmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə ona "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Şücaətə görə" medalları verilmişdir. Ailəlidir, üç övladı var. Birinci dərəcəli əlildir.
İsa MUSAYEV