22.11.2024, 10:05
AZ EN
08.04.2023, 21:00 218

Həssas əhali qrupu üçün səyyar tibbi aksiya təşkil olunub

XƏBƏRLƏR
  • TƏBİB-in tabeliyindəki Qubadlı Rayon Mərkəzi Xəstəxanasının təşkilatçılığı ilə akademik Zərifə Əliyevanın 100 illiyi ilə əlaqədar Abşeron rayonu ərazisində "Stansiya Sumqayıt” adlanan ərazidə yerləşən şəhərcikdə məcburi köçkünlər, şəhid ailələri, qazilər və aztəminatlı ailələr üçün səyyar tibbi aksiya keçirilib.

Aksiya çərçivəsində tibb müəssisəsinin müxtəlif ixtisaslı (oftalmoloq, terapevt, pediatr, nevroloq, endokrinoloq, kardioloq və s.) həkimləri tərəfindən 58 nəfər müayinələrdən keçirilib, onlara ümumilikdə 74 tibbi xidmət göstərilib.

Tibbi göstəriş əsasında bəzi vətəndaşlardan laborator analizlər götürülüb, nəticəyə uyğun olaraq onlar müalicəyə cəlb olunublar.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər

SON XƏBƏRLƏR