Kənd sakinlərinin təşəbbüsü ilə Dəstə kəndində geniş ərazidə şəhidlər parkı salınıb, yüzlərlə ağac əkilib. Parkın ərazisində rayon şəhidlərinin xatirə lövhələri vurulub və bulaq-abidə ucaldılıb.
Bu münasibətlə keçirilən tədbirdə deputatlar, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə Ordubad Rayon İcra Hakimiyyəti başçısının müavini Elvin Məmmədov, deputat Cəbi Quliyev, YAP Ordubad Rayon Təşkilatının sədri Etibar İsmayılov və digərləri çıxış edərək Vətən müharibəsində qazandığımız şanlı qələbədən danışıb, Ordubad rayonunun vətənpərvər övladlarının bu döyüşlərdəki şücaətindən bəhs ediblər.
Şəhid ailələri adından Möhsün Hüseynov, Ramiz Hüseynov və digər çıxış edənlər şəhidlərin xatirəsinə göstərilən yüksək ehtirama görə minnətdarlıq ediblər.
Tədbirdə iştirak edən məktəblilər Vətənə, şəhidlərə həsr olunmuş şeirlər qiraət ediblər.("Report")