22.09.2024, 01:25
AZ EN
22.03.2023, 14:20 189

Bütöv bir elin igid oğlu

XƏBƏRLƏR

Vətən müharibəsində öz igidliyi, qəhrəmanlığı ilə seçilən övladlarımızdan biri olan Şəhriyar Ramil oğlu Hüseynovdur. 27 yanvar 2000-ci ildə Ağdam rayonunun Xaçındərbənd kəndində anadan olmuş Ramil Ağdam rayon 68 saylı köçkün tam orta məktəbində təhsil almışdır, orta təhsillidir. Orta təhsilini başa vuran R.Hüseynov həqiqi hərbi xidmətə çağırılmış, Quru Qoşunlarında xidmət etmişdir. Bir əsgər kimi o, da Vətən müharibəsində iştirak edərək torpaqlarımızın azad olunmasında misilsiz igidlik göstərmişdir. Tərtər, Suqovuşan istiqamətində döyüşlərdə iştirak edən Ramil 24 oktyabr 2020-ci ildə Tərtər uğrunda gedən döyüşlərdən birində yaralanıb, III dərəcəli əlildir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə o, "Suqovuşanın azad olunmasına görə", "Cəsur döyüşçü" medalları ilə təltif olunmuşdur.

İsa MUSAYEV

Oxşar xəbərlər