08.09.2024, 05:54
AZ EN
17.03.2023, 09:25 240

Bu çox sevincli, qürur dolu bir gündür!

XƏBƏRLƏR
  • Böyük Qayıdışa dair Dövlət Proqramı çərçivəsində martın 16-da Tərtər rayonunun Talış kəndinə 20 ailə, yəni, 90 nəfər köçürüldü. Bu tarixi gün hər bir azərbaycanlıya böyük qürur hissi yaşatdı. Düz 30 ildən sonra doğma torpaqlarına qayıdan insanların sevincini isə sözlə ifadə etmək çətindir. Bu gözəl Novruz günlərində əllərində xonça ata-baba yurdlarına dönən Əkbərovlar ailəsi də yəqin ki, bu günün həyəcanını və qürurunu heç vaxt unutmayacaq.  

Talış kənd sakini Əyyub Əkbərov deyir ki, mən kəndimizdən ayrılanda 31 yaşım vardı. İndi 63 yaşında geri qayıtmışam. Çox sevinirəm və fəxr edirəm ki, Azərbaycan vətəndaşıyam. “Biz heç kimdən qorxmuruq. Nə ermənidən, nə farsdan. Başımızda elə bir sərkərdə durub ki... İndi biz gəlmişik öz yurdumuza, ölüncə burada yaşayacağıq və yeddi arxa dönənimiz də, burada yaşayacaq. İllər, əsrlər boyu biz burada yaşayacağıq. Bizim torpağımızı bir də heç kim zəbt edə bilməyəcək!”

Talış kənd sakini Arzu Əkbərova. “Şəhidlərimizə Allah rəhmət eləsin. Onların qarşısında baş əyirik. Analarına Allah səbr versin, qazilərimizə cansağlığı diləyirəm. Prezidentimiz İlham Əliyev və Mehriban xanıma təşəkkür edirik. Biz həmişə onların arxasındayıq, həmişə... Bu çox sevincli, qürur dolu bir gündür. Bəzi insanlar bu günün gerçək olacağına inanmırdılar. Amma mən həmişə bu günün gələcəyinə inanmışam. İnanırdım ki, bir gün Qarabağa qayıdacağıq, Şərqi Zəngəzura dönəcəyik. Bu günkü günə şükür və indi bunlar mənə yuxu kimi gəlmir”.

Mina RƏŞİD

Oxşar xəbərlər