24.04.2025, 11:58
AZ EN
11.03.2023, 15:10 269

Qələbə sevincini yaşayan qazi

XƏBƏRLƏR
  • Özü deyir ki, mən hiss edirdim ki, qələbə olacaq və bu qələbədə mənim də payım olacaq. Ürək hər şeyi bilir. Bu həqiqətən də öz təsdiqini tapdı...

Quliyev Ülfət İbrahim oğlu 14 mart 1992-ci ildə Füzuli rayonunun Qacar kəndində anadan olmuşdur. Kəndin işğalı ilə əlaqədar olaraq ailəsi ilə birlikdə Sabirabad rayonundakı çadır şəhərciyinə pənah gətirdilər. Ülfət burada fəaliyyətə başlayan Füzuli rayon tam orta məktəbində oxudu, orta təhsil aldı. Məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə çağırılmış, Quru Qoşunlarında xidmət yolu keçmişdir. Hərbi xidmətdən sonra müxtəlif yerlərdə işləyən Ü.Quliyev Vətən müharibəsi başlayanda Xocavənd və Füzuli istiqamətində döyüşlərə qatıldı. Hələ yeniyetmə vaxtlarından arzuladığı an üçün qürur hissi keçirirdi. Elə ona görə də igidliklə vuruşur, düşmənə ağır zərbələr endirirdi. Xocavənd rayonunun Aşağı Veysəlli kəndi uğrunda gedən döyüşlərdən birində yaralanıb. O, III dərəcəli əlildir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Ülfət Quliyev "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Cəsur döyüşçü" medalları ilə təltif edilmişdir.

İsa Musayev

Oxşar xəbərlər