Qərbi Azərbaycandan qaçqın Sənubər Sarallı erməni faşizminin iç üzünün açılmasına töhvələr verən xanımlardandır. Keçmiş Kirovakan şəhərində doğulan və rus dilində ali təhsil alan Sənubər xanım qardaşının yataq xəstəsi olmasına görə son illərdə Rusiyada yaşamasına baxmayaraq öz gərəkli axtarışlarını davam etdirməkdədir. Bu yaxınlarda isə ermənilərin yaratdığı böyük çətinliklərə baxmayaraq yaşadığı Novosibirsk şəhərində rus dilində "Zaqavor protiv Zapadnıx azerbaydjançev" (Qərbi azərbaycanlılara qarşı süi-qəsd) kitabını çap etdirib və təqdimatını keçirib. Tədbirdə yerli ziyalılar, diaspor nümayəndələri kitabın xüsusilə indiki dövrdəki siyasi önəmindən danışaraq Sənubər Sarallıya yeni yaradıcılıq uğurları arzulayıblar.
Vurğulanıb ki, sözügedən kitabın Azərbaycan və erməni dillərində də nəşri məqsədəuyğundur.
Nəsib Qaramanlı