23.12.2024, 08:41
AZ EN
01.03.2023, 12:27 335

AZƏRTAC-ın 103 yaşı tamam olur

XƏBƏRLƏR
  • Tarixi Xalq Cümhuriyyəti dövründən başlayan AZƏRTAC-ın bu gün 103 yaşı tamam olur. Bir əsrlik yol keçən ilk milli xəbər agentliyi yarandığı gündən indiyədək Azərbaycan həqiqətlərini dünyaya çatdırıb.

1969-cu ildə Ulu Öndər Heydər Əliyev respublika rəhbərliyinə gəldikdən sonra AZƏRTAC-ın həyatında da yeni dövr başlayıb. Belə ki, agentlik müasir texniki avadanlıqla təchiz olundu və çox keçmədən ittifaq miqyasınra öncül mövqelərə çıxdı. Ümummilli Liderimizin şəxsi nüfuzu sayəsində müttəfiq respublikaların informasiya agentlikləri arasında birincilər sırasında kompütürlərlə təchiz edildi. Dövlət müstəqilliyinin bərpasından sonra da üzləşdiyi sınaqlardan alnıaçıq çıxan AZƏRTAC həm də Azərbaycanın dünyaya açılan pəncərəsi rolunu oynamağa başladı

Son illərdə 50-yə yaxın xarici xəbər agentliyi ilə əməkdaşlıq müqaviləsi imzalanıb, 150-yə yaxın agentliklə informasiya mübadiləsi aparır. Onların arasında bir çox mühüm nüfuzlu xəbər yayımçıları var. Agentlik beynəlxalq və regional media təşkilatları çərçivəsində Association, DPA agentlikləri ilə əməkdaşlıq edir. Dünya Xəbər Agentlikləri Konqresi Şurasının, Avropa Xəbər Agentlikləri Alyansının (EANA),  Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının (QANA) fəal üzvlərindən biridir. 2016-cı ildən 2019-cu ilədək Dünya Xəbər Agentlikləri Konqresinə və QANA-ya sədrlik edib. Dünya Xəbər Agentliklərinin V Konqresi, QANA-nın XVI Baş Assableyası 2016-cı ildə Bakıda keçirilib. Beləliklə, Azərbaycanın və AZƏRTAC-ın adı dünya mətbuat tarixinə yazılıb.

AZƏRTAC səkkiz dildə – Azərbaycan, rus, ingilis, alman, fransız, ərəb, çin və ispan dillərində xəbərlər, eləcə də regionda ilk dəfə olaraq beş dildə videoxəbərlər buraxır.

Oxşar xəbərlər