22.11.2024, 00:52
AZ EN
26.02.2023, 17:32 212

Soyqırımında hər iki valideynini itirənlər: “Dinc aksiyada ekoloji cinayətlərə son qoyulması ilə yanaşı, Xocalıya ədalət tələb edirik”

XƏBƏRLƏR
  • “Biz burada ekoloji cinayətlərə son qoyulması ilə yanaşı, Xocalıya da ədalət tələb edirik”.

Bu sözləri Xocalı soyqırımı zamanı hər iki valideynini itirmiş Murad Hüseynov deyib.

O qeyd edib ki, Xocalı soyqırımı zamanı valideyinlərini itirib:

“Soyqırımı zamanı 25 uşaq hər iki valideynini itirib. Biz də bu dinc aksiyada dostlarımıza dəstək nümayiş etdirmək üçün iştirak edirik, Xocalı soyqırımı zamanı hər iki valideynlərini itirən 25 uşağı təmsil edirik. Aksiya dinc şəkildə keçirilir. Məqsədimiz ölkəmizin ekologiyasına vurulan ziyanın qarşısını almaqdır. Aksiya ərazisində Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) və Rusiya sülhməramlılarının avtomobillərinin keçidinə maneəsiz şərait yaradılır. Yol gördüyü kimi, humanitar məqsədlər üçün açıqdır. Biz burada ekoloji cinayətlərə son qoyulması ilə yanaşı, Xocalıya da ədalət tələb edirik. Ona görə “Xocalıya ədalət” şüarını da səsləndiririk”.

Xocalı sakini, soyqırımı zamanı hər iki valideynini itirən Həmayil Xəlilova isə qeyd edib ki, faciənin baş verdiyi zaman onun 6 yaşı olub:

“Həmin faciənin canlı şahidlərindən biri də mənəm. Atam gözlərimin önündə güllələnərək şəhid olub. Faciə zamanı 6 yaşlı bacım və anam da şəhid olub. Xocalı soyqırımı heç vaxt yaddaşımdan silinməyəcək və silinməsini də əsla istəmərəm. Bu gün şükürlər olsun ki, Şuşadayıq. Burada keçirilən dinc aksiyada “Xocalıya ədalət” şüarları səsləndirilir. Mən də bu dinc aksiyaya öz dəstəyimi nümayiş etdirməyə gəlmişəm”. (Report)

Oxşar xəbərlər