Hadisə ötən gün Kəlbəcərin Ağcakənd kəndi istiqamətində baş verib.
Azərbaycan Ordusunun müddətdən artıq hərbi xidmət hərbi qulluqçusu Ayxan Camalzadə minaya düşərək xəsarət alıb. O, hospitala yerləşdirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən faktı təsdiqləyiblər. Bildirilib ki, faktla bağlı Kəlbəcər rayon Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürməyə cəhd) maddəsi cinayət işi başlanıb. (APA)