22.12.2024, 12:51
AZ EN
16.02.2023, 14:51 251

Cəsur döyüşçü

XƏBƏRLƏR

Səbuhi Mais oğlu Qurbanov əslən Füzuli rayonundan olsa da, erməni işğalı ilə əlaqədar olaraq ailəsi Sabirabad rayonunun Qalağayın qəsəbəsində məskunlaşmışdılar. O, 12 oktyabr 1995-ci ildə buradakı çadır şəhərciyində anadan olmuşdur. Orta təhsilini Füzuli rayonu, 2 saylı Zobucuq qəsəbəsindəki 27 saylı tam orta məktəbdə başa vurmuşdur. Atası Mais kişi, anası Səadət xanım övladlarına həmişə diqqət göstərmiş, onu tərbiyəli və vətənpərvər ruhda böyütmüşdülər. Elə buna görə də Səbuhi daima doğma Füzulini arzulayır, torpaqlarımızın işğaldan azad olunması anını səbrsizliklə gözləyirdi. S. Qurbanov həqiqi hərbi xidmətə çağırılmış və Quru Qoşunlarında xidmət etmişdir. Ordudan tərxis olunduqdan sonra ərizə ilə müraciət edərək MAHHXHQ-da xidmət etməyə başlayıb. 27 sentyabr 2020-ci ildə əks həmlə əməliyyatları zamanı kiçik çavuş kimi döyüşə qoşulub. 11 oktyabr 2020-ci ildə Füzuli rayonunun Pirəhmədli kəndində düşmənin açdığı atəş nəticəsində yaralanır. Hospitalda müalicə alan Səbuhiyə Həkim Ekspert Komissiyası 3-cü dərəcəli əlillik dərəcəsi verirlər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə o, "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Cəsur döyüşçü" medalları ilə təltif olunmuşdur.

İsa Musayev

Oxşar xəbərlər