22.11.2024, 18:54
AZ EN
02.02.2023, 16:54 266

Arzusuna qovuşan qazimiz

XƏBƏRLƏR

Tale elə gətirdi ki, əksər gənclərimiz dədə-baba yurdlarından çox-çox uzaqlarda doğuldular, lakin yurd sevgisini bir an belə unuda bilmədilər. Onlar Zəfər tarixini yazanların cərgəsində oldular. Onlardan biri olan Qasımov Ayaz Tofiq oğlu da Laçından uzaqda doğulub. Laçının işğalından sonra ailəsi müxtəlif vaxtlarda Ağdam, Tərtər və Bərdə rayonlarının ərazisində məskunlaşmışdır. A. Qasımov 17 yanvar 1994-cü ildə Bərdə rayon Otuzikilər kəndində anadan olmuşdur. Söhbət zamanı o, bildirdi ki, 2001-ci ildə 45 saylı Füzuli adına tam orta məktəbə daxil olub, 2012-ci ildə təhsilimi başa vurmuşam. Elə həmin il həqiqi hərbi xidmətə çağırılmışam. 2014-cü ildə xidməti başa vurub evə qayıdandan sonra video-operator kimi toy şənliklərini çəkməklə məşğul olmuşam. Lakin həmişə düşünmüşəm ki, nə vaxt doğma Laçına qayıdacağam. Belə bir günü səbirsizliklə gözləyirdim. Nəhayət, o gün gəldi. Ona görə də könüllü kimi müraciət edib 9 oktyabr 2020-ci ildə Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə iştirak etdim. Bununla qürur duyuram, çünki Kamil Bəhramzadə, Ataş Quliyev, Azər Həsənli, Sahil Nizamzadə və başqa döyüş yoldaşlarımla birlikdə düşmənin məhv edilməsində biz də mühüm rol oynamışıq. Döyüş təəssüratlarım həm kədərli, həm də sevinclidir. Kədər ona görədir ki, döyüş yoldaşlarım gözümün qabağında şəhid olub, sevinc isə ona görədir ki, hər bir şəhidin qisası alınıb, torpaqlarımız işğaldan azad olunub. Vətən müharibəsi Zəfərlə başa çatıb. 03 mart 2021-ci ildə tərxis olundum. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Ayaz Qasımov "Xocavəndin azad olunmasına görə", "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif edilib.

İsa Musayev

Oxşar xəbərlər