Bu gün Qarabağda və Şərqi Zəngəzurda yeni infrastruktur layihələr, dəmiryolları, avtomobil yolları, tunellər, körpülər, yaşayış massivlərinin tikintisi üzrə proqramlar uğurla icra olunur. Bütün bunlar məcburi köçkünlərin doğma torpaqlara qayıtmasını sürətləndirir. Bununla belə, məsələnin hüquqi aspektinə də həssaslıqla yanaşılır. Belə ki, yaxın vaxtlarda ölkə parlamentində azad edilmiş ərazilərə Böyük qayıdış və renteqrasiya ilə bağlı qanun layihəsi hazırlanacaq. Qayıdış prosesləri üzrə insan hüquqları, postmüharibə dövründə birgəyaşayış istiqamətində qanunverici məsələləri araşdıran komissiya yradılacaq. Beynəlxalq insan hüquqları və hüquq-müdafiə təşkilatlarının iştirakı ilə bu istiqamətdə əməkdaşlıq layihəsi təqdim olunacaq. Xarici ölkə parlamentlərinin insan hüquqları komitələrinin iştirakı ilə “Milli parlametlər, ekoloji insan hüquqları və davamlı inkişaf - Yaşıl Qarabağ” beynəlxalq konfransı keçiriləcək.
Qeyd edək ki, dövlət tərəfindən quruculuq işləri ilə yanaşı insanların geri dönüşünün normativ hüququ bazasının da təkmilləşdirilməsi istiqamətində konkret və praktiki addımlar atılır.
Qərbi Azərbaycan İcmasına dəstək məqsədilə bir sıra qanun layihələri hazırlanıb həyata keçiriləcək. Parlamentdə Qərbi azərbaycanlıların yüz illik deportasiyası Vətən müharibəsinin qələbəsindən sonra Qərbi azərbaycanlıların hüquqları konteksində konfrans keçiriləcəyi də planlaşdırılıb.
Hazırladı: Mina RƏŞİD