22.12.2024, 20:11
AZ EN
28.01.2023, 09:55 218

Rusiya sülhməramlılarına aid daha 4 avtomobil Laçın yolundan keçib

XƏBƏRLƏR
  • Bu gün Rusiya sülhməramlılarına məxsus 4 təminat avtomobili Laçın yolundan keçib. Avtomobillərin maneəsiz hərəkət etməsi üçün şərait yaradılıb.

Bu, bir daha onu göstərir ki, aksiyanın təşkil olunduğu ərazidə humanitar məqsədli maşınların hərəkəti sərbəstdir və buna heç bir maneə yoxdur.

Qeyd edək ki, Qarabağda "Qızılbulaq" və "Dəmirli" faydalı qazıntı yataqlarının qanunsuz istismarı nəticəsində ətraf mühitə vurulmuş ziyanın monitorinqinin aparılmasına icazə verilməsini tələb edən azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və fəallarının ötən il dekabr ayının 12-dən Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyası 48 gündür davam edir. ("Trend")

Oxşar xəbərlər