19.12.2024, 07:00
AZ EN
28.01.2023, 08:00 308

“Dəmir Yumruq” ictimai birliyi: “Bütün günahkarlar mütləq müəyyənlşdirilməli və cəzalandırılmalıdırlar!”

XƏBƏRLƏR
  • “Dəmir Yumruq” Vətən Muharibəsi Veteranlarına Dəstək ictimai birliyi Tehrandakı Azərbaycan səfirliyində törədilən terror aktına sərt münasibət bildirib.

İctimai birliyin sədri, Qarabağ müharibəsi veteranı Əbil Zeynalovun bununla əlaqdar yaydığı bəyanatda deyilir: “Azərbaycanın dəmir yumruğu iki ildən çoxdur ki, İranın molla rejiminin yuxusunu ərşə çəkib. Təcavüzkar Ermənistanın torpaqlarımızı, o cümlədən Azərbaycan-İran dövlət sərhədinin 132 kilometrlik hissəsini 30 ilə yaxın işğal altında saxlamasına heç vaxt etiraz bildirməyən bu rejim, xalqımızın böyük Zəfərini nəinki qısqanclıqla qarşılayıb, üstəlik, özü də qorxuya düşüb. Öz dövrünün güclü imperiyalarının ikiyə böldüyü Azərbaycanın bütövlüyünü xalqımızın məhz öz dəmir yumruğu ilə bərpa edəcəyi istisna deyildir. Hazırda orada gedən azadlıq mübarizəsinin İranı viran qoyacağına inanırıq.

Mövcud vəziyyətdə, heş şübhəsiz, molla rejiminin xüsusi xidmət orqanlarının rəhbərliyi və təşkilatçılığı ilə Tehrandakı Azərbaycan səfirliyində törədilən terror aktı bizi qorxutmağa hesablanmış mənfur bir əməldir. Hərəkətlərindən yaxşı hazırlıq keçdiyi və İran polsi ilə əlbir olduğu diqqətdən yayınmayan terrorçunun səfirliyimizin qəhrəman mühafizəçisi tərəfindən tərksilah edilməsi xalqımızın yenilməz döyüşkən ruhunun nümayişidir.

Üzvlərinin əksəriyyəti birinci və ikinci Qarabağ müharibəsinin veteranlarından ibarət təşkilatımız adından, terror aktı zamanı şəhid olan təhlükəsizlik zabiti Orxan Əsgərovun ailəsinə dərin hüznlə başsağlığı verir, yaralı mühafizəçilərimizə tezliklə şəfa tapmağı arzulayıram.

Azərbaycan xalqı və dövləti öz dostlarını və düşmənlərini yaxşı tanıyır, onlarla layiq olduqları tərzdə rəftar etməyi bacarır. İranın molla rejimi bu ölkənin çoxmilyonluq azərbaycanlı-türk əhalisinin bizim öz qardaşımız, mübarizə silahdaşımz olduğunu unutmasın!

İndilikdə isə biz İran rəsmilərindən Azərbaycan xalqından və dövlətindən rəsmən üzr istəməyi, terror aktının şəffaf şəkildə araşdırlmasını və bütün günahkarların aşkar olunaraq cəzalandırılmasını tələb edirik!”      

Oxşar xəbərlər