- Bu gün - 26 yanvar Beynəlxalq Gömrük Günüdür. Bu günün əlamətdar olması 1952-ci il yanvarın 26-27-də Brüsseldə 17 Avropa ölkəsinin gömrük xidməti nümayəndəsinin iştirak etdiyi Gömrük Əməkdaşlığı Birliyinin təsis konfransının keçirilməsi ilə bağlıdır. Konfransın ikinci günü gömrük əməkdaşlığı haqqında Konvensiya qəbul edilib və elə həmin gündən qüvvəyə olub.
Qeyd edək ki, Beynəlxalq Gömrük Günü 1983-cü ildən dünyanın bir sıra ölkələrində qeyd olunmağa başlayıb.
Azərbaycanda isə Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə gömrük işçilərinin peşə bayramı hər il yanvarın 29-da qeyd edilir.
Mina RƏŞİD