2010-cu ildə ordu sıralarından ehtiyata buraxılıb və əmək fəaliyyətinə avtomobil servisində çilingər vəzifəsində işləməklə başlayıb. Bir il sonra 21 yaşında ailə həyatı qurub, Zöhrab və Ayxan adında iki övladı dünyaya gəlib.
2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən Müharibəsi başlananda Orxan könüllü döyüşlərə qatılıb. O, tankçı idi. Azərbaycan Ordusunun igid oğlu O.İsmayılov oktyabrın 4-də Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Şəhidimiz doğulduğu Ucar rayonunun Məlikballı kəndində böyük bir izdiham və ehtiramla torpağa tapşırılıb.
Ölümündən sonra Müzəffərt Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.
Şəhidimizin ilk anım günündə yaşadığı evdə barelyefinin açılışı olub.
Orxanın anası deyir ki, biz bilmirdik ki, evimizdə qəhrəman böyütmüşük. Atası da övladı ilə qürur duyduğunu söyləyir. Deyir ki, Orxan bizim də başımızı uca etdi. Vətən sağ olsun!
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, Şəhidim!
Mina RƏŞİD