Əvvəlcə Ümumilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən natiqlər Ümumilli Lider Heydər Əliyevin Azərbaycana misilsiz xidmətlərindən söz açıb, 20 yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında bu dahi şəxsiyyətin rolunu xüsusi vurğulayıblar. Qeyd edilib ki, bu gün dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən faciə qurbanlarının yaxınlarına və faciədən əziyyət çəkmiş insanlara xüsusi dövlət qayğısı göstərilir. Eyni zamanda qeyd edilib ki, 20 yanvar faciəsi xalqımızın yaddaşına qəhrəmanlıq dastanı kimi yazılıb. 20 yanvar qurbanlarının əziz xatirəsi daima hər birimizin qəlbində yaşayacaq, onların cəsurluğu yetişən gənc nəsilin milli vətənpərvərlik ruhunda böyüməsinə bir nümunədir.
Mina RƏŞİD