Minlərlə igid oğullarımız Dəmir yumruq ətrafında birləşərək şanlı tarix yazdılar. Bu tarixi yazanlardan biri də Laçın qartalı Behbudlu Dünyamın Əhliyyət oğludur. O , əslən Laçından olsa da rayonunun işğalı ilə əlaqədar olaraq Tərtər rayonunun Köçərli kəndinə köçüblər. 12 dekabr 1991-ci ildə burada anadan olan Dünyamın 1997-ci ildə Neymət Məmmədov adına Qarayusifli kənd tam orta məktəbinə daxil olub, 2006-cı ildə 9-cu sinfi bitirib, işləməyə başlayıb. O, bildirdi ki, 2016-ci ilin yanvar ayında həqiqi hərbi xidmətə çağırılmışam və Naxçıvan sərhəd diviziyasının Şahtaxtı sərhəd zastavasinda xidmətə başlamışam 2011-ci ilin 21 iyulunda xidmətdən tərxis olunan Dünyamın 11 aprel 2018-ci ildə müddətdən artıq hərbi xidmətə başlayıb. 2020-ci il 27 sentyabrında başlayan Vətən müharibəsində Suqovuşan istiqamətində döyüşüb, burada yaralanıb. Döyüşçü dostları Abbasov Xasməmməd, Şərifxanlı Nurlan, Məmmədov Rəşad, Babayev Nurlan və başqaları ilə şərəfli yol keçən D.Behbudlu ailəlidir və iki övladı var. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə "Suqovuşanın azad olunmasına görə", "Cəsur döyüşçü", "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunmuşdur. Hal-hazırda Bərdə rayonu Alpoud kəndində yaşayır.
İsa Musayev