İcmadan verilən xəbərə görə, geniş ictimaiyyət bu məsələyə yaxından maraq göstərir. Alimlər, mütəxəssislər, sadə vətəndaşlar İcma ilə əlaqə saxlayaraq konsepsiyaya dair öz düşüncə və təkliflərini təqdim edirlər. Daxil olan ideya və təkliflər layihənin hazırlanması işində faydalı olmuşdur. Bununla əlaqədar olaraq, İcma geniş ictimaiyyətə müraciət edərək, “Qayıdış Konsepsiyası”nın layihəsinə dair təkliflərini təqdim etməyə çağırır. Təkliflər 21.01.2023 tarixi, saat 18:00-dək icma.konsepsiya@gmail.com elektron poçtu ünvanına təqdim edilə bilər. Beynəlxalq ümumi hüquq, humanitar hüquq, insan hüquqları, post-münaqişə dövründə reabilitasiya və re-inteqrasiya, qaçqınların hüquqları kimi mövzularda ixtisaslaşmış mütəxəssislərin rəy və təkliflərinə xüsusilə böyük ehtiyac var.