22.11.2024, 12:54
AZ EN
11.01.2023, 10:55 402

Akif Mirsiyaboğlu: “Ermənipərəst qüvvələrin ölkəmiz haqqında tirajladığı məlumatların heç bir məntiqi əsası yoxdur”

XƏBƏRLƏR
  • Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən dinc aksiya bir aydan artıqdır ki, gecə saatlarında da davam edir. Havanın qarlı-çovğunlu olmasına baxmayaraq, aksiya iştirakçıları arasında yüksək əhval-ruhiyyə kökm sürür.

Təqaüddə olan keçmiş polis işçisi əslən Xocalıdan olan Akif Mirsiyaboğlu söhbət zamanı dekabrın 12-dən bu günə qədər davam edən məlum aksiya ilə bağlı fikirlərini bizimlə bölüşdü:

-Neçə gündür ki, Xankəndi-Şuşa yolunda gənclərimiz ekoloji terrora son qoyulması tələbi ilə şaxtalı havada aksiya keçirirlər. Azərbaycanın hər zaman belə mərd, vətənpərvər gəncləri olub, belə gənclərimizin  hərəkəti alqışa layiqdir. Bu günə qədər xalqımızın haqq səsini eşitməyən bəzi beynəlxalq təşkilatlar, başda Fransa olmaqla ermənilərin blokadaya alınmasını tirajlayır, ölkəmizə qarşı əsassız iddialar irəli sürürlər. Aksiya başlayandan bu günə qədər  Laçın yolu öz təyinatı üzrə, yəni humanitar yüklərin daşınması üçün tam açıqdır. Lakin buna baxmayaraq, ”ermənilər blokadaya alınıbdır'' adı ilə ermənipərəst qüvvələr  qarayaxma kompaniyası aparır, bu yolla ölkəmizə təzyiq göstərməyə cəhd edirlər. Lakin ermənipərəst qüvvələrin ölkəmiz haqqında tirajladığı məlumatların heç bir məntiqi əsası yoxdur. Dagılan şəhər və kəndlərimizi görməzdən gələn bəzi  beynəlxalq qurumlar hətta Xocalı faciəsini  belə inkar etməyə çalışırlar. Məhz bu səbəbdən əsrin faciəsini, Xocalı soyqırımını törətmiş erməni-rus caniləri bu gün də azadlıqda gəzir, yeri gəldikdə revanşist meyllərini ortaya qoyur, xalqımızı hədələyir, ,,ən yaxşı müdafiə hücumdur'' prinsipi ilə hərəkət edərək bizi borclu çıxarmağa cəhd edirlər. Xalqımıza qarşı ağır hərbi cinayətlər, qəsdən adam öldürmə, ağır xəsarət yetirmə, zorlama, quldurluq və s. cinayətlər törətmiş koçaryanlar, sarqsyanlar, balasanyanlar və başqaları  azadlıqda qaldıqca  ölkəmizə qarşı potensial təhlükə mənbəyi olaraq qalacaqlar.

Akif Mirsiyaboğlu  onu da vurğuladı ki, Xocalıda ən kasıb ailənin çaylaq daşından inşa olunmuş  üç otaqlı kürsülü evi, həyətində malqarası, ev quşları, 20 sot həyətyanı sahəsində müxtəlif meyvə ağacları vardı. 30 ildir ki, tayqulaq andronikin davamçıları quldur ermənilər evlərimizə sahib çıxıb, illərlə yığdığımız var dövlətimizi mənimsəyiblər.

Fikrimcə, bu tələblərimizi beynəlxalq təşkilatlara sərt  formada çatdırmaqla, ikili standartlarla idarə olunan dünyanın kor gözünün açılmasına nail ola bilərik. Erməni vəhşiliyindən ən çox əziyyət çəkmiş, itkilər vermiş bir Xocalı sakini olaraq Avropa məhkəməsində iştirak etməyə, hətta  zərurət yaranarsa ali təhsilli hüquqşunas kimi bu haqlı tələbimizi, iddialarımızı müdafiə etməyə hər an hazıram.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər