Ziyarət iştirakçıları Ş.Mirzəyevin döyüş yolundan, onun ordu quruculuğundakı rolundan, Qarabağ müharibəsində göstərdiyi qəhrəmanlıqdan danışıblar. Ziyarətçilər daha sonra Şirin Mirzəyevin silahdaşlarının Şəhidlər Xiyabanındakı məzarlarını da ziyarət ediblər.
Xatırladaq ki, Ş.Mirzəyev 1947-ci il yanvarın 5-də Xankəndində anadan olub. 1967-ci ildə Sankt-Peterburq Ali Siyasi Hərbi Məktəbini, 1988-ci ildə isə Hərbi Siyasi Akademiyanı bitirib. Uzun illər Sovet ordusunda xidmət edib. O, 1991-ci ildə Azərbaycanda ilk nizami özünümüdafiə taboru yaradıb. Alay komandiri kimi Ağdam rayonunun müdafiəsində, ayrı-ayrı yaşayış məntəqələrinin erməni quldurlarından təmizlənməsində böyük qəhrəmanlıq göstərib.
Ş.Mirzəyev 1992-ci il iyunun 18-də Sırxavənd istiqamətində aparılan döyüşlər zamanı minaya düşərək həlak olub. İyunun 20-də Bakıda Şəhidlər Xiyabanında dəfn olunub. Ölümündən sonra o, Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Hazırladı: Mina RƏŞİD